Əraqçı: “Livan İranın sövdələşmə vasitəsi deyil”
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçı Livan prezidenti Cozef Aunun Tehranın Livandan ABŞ ilə danışıqlarda “sövdələşmə vasitəsi” kimi istifadə etdiyi barədə açıqlamasına cavab verib.
News24.az xəbər verir ki, Əraqçı “X” hesabında paylaşım edərək, Livanın heç vaxt İran üçün sövdələşmə aləti olmadığını vurğulayıb.
O bildirib ki, əgər Livan həqiqətən də Tehran üçün danışıqlarda istifadə olunan vasitə olsaydı, bu məsələdə çoxdan razılıq əldə edilmiş olardı.
Nazir bildirib ki, Livan ərazilərinin bir hissəsinin işğal altında qaldığı, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü və ölkənin mütəmadi hücumlara məruz qaldığı şəraitdə problemin mənbəyi kimi İranın göstərilməsi düzgün yanaşma deyil.
Əraqçı paylaşımının sonunda Livan prezidentinə müraciət edərək ölkəsini əsl düşməndən xilas etməyə çağırıb.