"Razılaşmanı Rusiya və Ukrayna əldə etməlidir, digər ölkələr isə..."
Dünya
“Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün imkanlar var, lakin ilk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir”.
News24.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.
“İlk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir. Bütün digər ölkələr dəstək verməyə və kömək etməyə hazırdır. Lakin son nəticədə bu problemi, ilk növbədə, münaqişəli ölkələr – Rusiya və Ukrayna həll etməlidir. Düzgün yanaşma budur”, – deyə Putin bildirib.