Ərdoğan və Merkel koronavirusa qarşı mübarizəni - MÜZAKİRƏ ETDİLƏR

Ərdoğan və Merkel koronavirusa qarşı mübarizəni - MÜZAKİRƏ ETDİLƏR Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı koronavirusla mübarizə və pandemiyadan sonrakı addımları müzakirə ediblər.

Qeyd olunur ki, tərəflər ikitərəfli münasibətlər və regional problemlər barədə də danışıblar.