Ərdoğandan türk dövlətlərinə “rəqəmsal birlik” çağırışı

Ərdoğandan türk dövlətlərinə “rəqəmsal birlik” çağırışı Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündə çıxış edib.

News24.az xəbər verir ki, Ərdoğan türk dövlətləri arasında xüsusilə texnologiya, rəqəmsal inkişaf və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirib.

Türkiyə lideri “rəqəmsal baxışda birlik” çağırışı edərək, türk dünyasının gələcəkdə daha güclü mövqeyə sahib olması üçün birgə layihələrin artırılmasının vacibliyini vurğulayıb.

Ərdoğan həmçinin nəqliyyat layihələri, müdafiə sənayesi və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.