Qadın rəfiqəsinə söz atan kişini bıçaqladı

Qadın rəfiqəsinə söz atan kişini bıçaqladı Dünya

Dağıstan Respublikasının Kaspiysk şəhərində küçədə baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

News24.az xəbər verir ki, bu barədə RIA Dağıstan məlumat yayıb.

Hadisə İlyaşenko küçəsində qeydə alınıb. Məlumata görə, bir qrup gənc küçədə gedən iki qadından birinin xarici görünüşü ilə bağlı nalayiq ifadələr işlədib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

Münaqişə zamanı kişilərdən biri qadının üzünə zərbə endirib. Buna cavab olaraq 26 yaşlı qadın üzərində olan bıçaqla həmin şəxsin kürəyindən xəsarət yetirib. Yaralıya tibbi yardım göstərilib. Onun səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.