Rəfiqəsinin 5 yaşlı oğlunu öldürdü - Dəhşətli qisas
Dünya
Cənubi Afrika Respublikasında dəhşətli qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, 40 yaşlı Sibonqile Nqvadla rəfiqəsinin 5 yaşlı oğlunu oğurlayaraq qətlə yetirib.
Məlumata görə, qadın bu qəddar əməlini onu qumara sövq edən və külli miqdarda borcu yarandıqdan sonra onu tək qoymaqda ittiham etdiyi etdiyi rəfiqəsindən hayıf çıxmaq üçün törədib.
Cinayət materiallarına görə, Nqvadla 2025-ci ilin avqustunda əvvəlcə 5 yaşlı uşağı oğurlayaraq qohumunun evinə aparıb.
Sonra da uşağı qaytamrmağın müqabilində külli miqdarda pul tələb edib.
Polis və yerli sakinlər uşağın axtarışına başladığını görüncə, təşvişə düşərək azyaşlını başqa bir rayona apararaq çaya atıb.
Uşağın həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmədə təqsirləndirilən şəxs ailədən üzr istəyərək əməlindən peşman olduğunu bildirib.
Lakin uşağın anası bu ittihamları rədd edib və qadının məhz özünün ondan dəfələrlə mərc oyunları oynamaq üçün telefon istədiyini deyib.