Rəsmi Moskvadan yeni qanun: Rusiya üçün vuruşan əcnəbilər…

Rəsmi Moskvadan yeni qanun: Rusiya üçün vuruşan əcnəbilər… Dünya

Rusiyada Silahlı Qüvvələrin və ya digər hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş əcnəbilər ölkədən deportasiya edilməyəcək və başqa dövlətlərə təhvil verilməyəcək.

News24.az xəbər verir ki, yeni qanun layihəsi hökumət tərəfindən təsdiqlənib.

Bundan əlavə, Rusiya uğrunda vuruşan əcnəbilərə müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış hüququnun verilməsindən imtina edilə bilməz. Həmçinin bu sənədlərin ləğvi də qadağan olunur.

Rusiya Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyi qanun layihəsinin hazırlanma səbəblərini açıqlamayıb. Hüquq ekspertlərinin fikrincə, bu təşəbbüsün əsas məqsədi Rusiya tərəfində döyüşmüş əcnəbiləri öz ölkələrindəki cinayət təqiblərindən qorumaqdır.