Rob Yetten xəstəxanaya yerləşdirildi
Dünya
Niderland Baş naziri Rob Yetten krallığın Karib dənizi ərazisinin bir hissəsi olan Bonaire adasında ağır allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Baş nazir "X" sosial şəbəkəsində yazıb.
"Beynəlxalq Tibb Bacıları Günündə xüsusi bir ziyarət. Şiddətli allergik reaksiya səbəbindən xəstəxanada bir neçə saat keçirməli oldum", - deyə o bildirib.
Onun sözlərinə görə, tibbi yardım aldıqdan sonra o, "bir az tənzimlənmiş proqram çərçivəsində" Bonayreyə işgüzar səfərini davam etdirə bilib.
"NU.nl" portalı xəbər verib ki, R. Yetten üzgüçülük zamanı naməlum bir heyvan tərəfindən dişlənib və bundan sonra allergik reaksiya yaranıb. (Trend)