Roma Papası xəstəxanaya yerləşdirildi
Dünya
Roma Papası XIV Leo (Robert Francis Prevost) bu gün ağciyərində aşkarlanan düyünün götürülməsi üçün “Cemelli” xəstəxanasına yerləşdirilib.
News24.az xəbər verir ki, törəmə son tibbi müayinələr zamanı aşkarlanıb. Ağciyərdəki düyünün ilkin mərhələdə olduğu bildirilir.
Həkimlər müayinələrin nəticələrini nəzərə alaraq cərrahi müdaxilənin məqsədəuyğun olduğuna qərar veriblər.