Roma Papasından Rusiya və Ukraynaya çağırış
Dünya
Roma Papası XIV Leo Rusiya və Ukraynaya hərbi əməliyyatları dayandırmaq çağırışı edib, həmçinin münaqişə nəticəsində zərərçəkənlərə başsağlığı verib.
News24.az xəbər verir ki, Papa müharibənin yalnız yeni müharibələrə səbəb olduğunu və böyük iztirablar gətirdiyini bildirib.
XIV Leo “zorakılıq spiralını” dayandırmağın, dialoq və diplomatiyaya yol açmağın və bununla da sülhə gedən yolu təmin etməyin vaxtının çatdığını deyib.
O, Rusiya və Ukraynanı beynəlxalq humanitar hüquqa əməl etməyə və dinc əhalinin əziyyət çəkdiyi hücumlara son qoymağa çağırıb.
Qeyd edək ki, Roma Papası XIV Leo dəfələrlə Rusiya və Ukraynanı danışıqlara başlamağa çağırıb.