Romanovlar sülaləsinə məxsus bilərzik 4,9 milyon dollara satıldı

Romanovlar sülaləsinə məxsus bilərzik 4,9 milyon dollara satıldı Dünya

Romanovlar sülaləsinin kolleksiyasına daxil olan nadir sapfir qaşlı bilərzik Cenevrədə “Sotheby's” hərracında 4,9 milyon dollara satılıb.

News24.az xəbər verir ki, bu barədə noyabrın 11-də hərrac evinin rəsmi saytında məlumat verilib.

“Kralların və zadəganların zinət əşyaları” adlı hərracda təqdim olunan bilərziyin mərkəzində 197,8 karatlıq sapfir yerləşir.

Qiymətli daş “Cartier” zərgərlik evinin dizaynı əsasında brilyant və dağ kristalından hazırlanmış həndəsi formalı bilərziklə əhatə olunub.

Art-deko üslubunda hazırlanan zinət əşyasının dizaynı sapfirin tarixi əhəmiyyətini və “Cartier” brendinin bədii irsini vurğulayır.

Qeyd edək ki, bilərzik ilkin olaraq 1-2 milyon dollar arasında qiymətləndirilib.

Hərracda əldə olunan yekun məbləğ ilkin proqnozu iki dəfədən çox üstələyib.