Rubio: İran Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etmək istəyir

Rubio: İran Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etmək istəyir Dünya

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazından beynəlxalq ictimaiyyətə təzyiq göstərmək üçün istifadə etməyə çalışdığını iddia edib.

News24.az-ın məlumatına görə, Rubio bildirib ki, ABŞ qlobal dəniz ticarətinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirəcək. O, eyni zamanda digər ölkələri də beynəlxalq gəmiçilik marşrutlarının qorunmasına daha çox töhfə verməyə çağırıb.

ABŞ dövlət katibi Vaşinqtonun İranla diplomatik həll yoluna açıq olduğunu qeyd etsə də, danışıqların nəticə verməyəcəyi təqdirdə bunun Tehran üçün əlverişli olmayacağını bildirib.