Rubio "Maduronun geyimində" Çinə getdi - Foto
Dünya
ABŞ Prezidenti Donald Trampla birlikdə Pekinə səfər edən dövlət katibi Marko Rubio “Air Force One” təyyarəsindən paylaşdığı foto ilə gündəmə gəlib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubionun fotodakı geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, onun geyindiyi idman dəsti Venesuela Prezidenti Nikolas Maduronun ilin əvvəlində ABŞ əməliyyatı zamanı geyindiyi idman geyimi ilə müqayisə edilib.
Fotoda Rubionun “Nike” markalı boz idman kostyumu və tünd boz idman ayaqqabısı ilə görüntüləndiyi qeyd olunub.
Xatırladaq ki, Donald Tramp çərşənbə axşamı Vaşinqtondan Pekinə yola düşüb. Onun Çin Prezidenti Si Cinpinlə görüş keçirəcəyi gözlənilir.