Rubio sabah Ermənistana səfər edəcək - Rusiya medialarına qadağa

Rubio sabah Ermənistana səfər edəcək - Rusiya medialarına qadağa Dünya

ABŞ dövlət katibi Marko Rubio sabah Ermənistana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində mətbuat üçün bəyanatların verilməsi və ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Qeyd olunur ki, səfərlə bağlı əvvəlcədən heç bir rəsmi məlumat paylaşılmayıb, hətta media orqanlarına sızma xarakterli informasiya da yayılmayıb.

Bununla yanaşı, son 10 il ərzində ilk dəfə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən izahat verilmədən Rusiya media qurumlarının müxbirlərinin akkreditasiyası ləğv edilib. /Sputnik Ermənistan/