Rubio və Uitkoff Ukrayna nümayəndə heyəti ilə görüşəcək

Rubio və Uitkoff Ukrayna nümayəndə heyəti ilə görüşəcək Dünya

ABŞ dövlət katibi Marko Rubio, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Floridada Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Gündəliyi açıqlanmayan görüşün bazar günü keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski nümayəndə heyətini təsdiqləyib: heyətə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov rəhbərlik edəcək.