Rubionun Ermənistan səfərində maraqlı məqam
Dünya
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio bu gün anlaşma memorandumu imzalayacaq.
News24.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio ermənistanlı həmkarı ilə saat 15:30-da hava limanında görüşəcək, sənədin imzalanması isə saat 16:00-a planlaşdırılıb.
İmzalanacaq memorandumun məzmunu açıqlanmır.
Ermənistan XİN-in məlumatına görə, Mirzoyan və Rubio arasında keçiriləcək görüşün yekunlarına dair ikitərəfli sənədlərin imzalanması və tərəflərin mətbuat üçün bəyanatlarla çıxış etməsi gözlənilir.
Qeyd edək ki, Marko Rubio İrəvana Yeni Dehlidən (Hindistan) gələcək. /Sputnik Ermənistan/