Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı Dünya

Rumıniya səfiri Kristian Istrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfirin çağırılmasına səbəb Konstansadakı Rusiya Baş Konsulluğunun bağlanması məsələsidir.

Xatırladaq ki, mayın 29-da Rumıniya Prezidenti Nikusor Dan Konstansadakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarına gəlib. Bu qərara Rumıniyanın Qalatsi şəhərində pilotsuz uçuş aparatının (PUA) çoxmənzilli binanın damına düşməsi ilə bağlı hadisə səbəb olub. Hadisədə iki nəfər yaralanıb və Buxarest insidentdə Moskvanı günahlandırıb. ./TASS/