Rusiya addım atdı - "3+3” formatında növbəti görüş Bakı və ya İrəvanda keçirilsin
Dünya
Rusiya “3+3” formatında növbəti görüşün Bakı və ya İrəvan şəhərində keçirilməsinə ümid edir.
News24.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin bildirib ki, bu məsələ ilə bağlı dialoq davam edir.
“Rusiya Cənubi Qafqaz regionunun tam nəqliyyat blokadasından çıxarılmasını və “3+3” formatının tamhüquqlu fəaliyyəti üçün bütün nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir”, – deyə o əlavə edib.