Rusiya “Alliqator”u Ukraynada vuruldu

Rusiya “Alliqator”u Ukraynada vuruldu Dünya
Ukrayna hərbçiləri Rusiyanın daha bir Ka-52 hücum helikopterini vurub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Əsgərlərimiz düşmənin “Alliqator” kimi tanınan daha bir bahalı Ka-52 hücum helikopterini məhv ediblər”, - məlumatda deyilib.

Baş Qərargah Rusiya helikopterinin hansı istiqamətdə məhv edildiyini açıqlamayıb.