Rusiya beynəlxalq ictimaiyyətə - ÇAĞIRIŞ ETDİ

Rusiya beynəlxalq ictimaiyyətə - ÇAĞIRIŞ ETDİ Dünya

Rusiya beynəlxalq ictimaiyyəti Ukraynaya qarşı təcili tədbirlər görməyə çağırırıq. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Artıq bir neçə ildir ki, Rusiya Federasiyası beynəlxalq ictimaiyyəti Kiyev rejiminə və onun Qərb himayədarlarına qarşı təcili tədbirlər görməyə çağırır. Bankova, Ukrayna prezidenti Vladimir Zelenski və onun arxasında duranlar – ilk növbədə Vaşinqton və London – atom stansiyalarını terror fəaliyyətinin aləti və vasitəsi kimi istifadə edir,” – deyə o, Birinci kanalın efirində bildirib.

Bundan əvvəl həmin gün, “Rosatom”un mətbuat xidməti, Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumdan sonra stansiyanın təhlükəsiz istismarı ilə bağlı hər hansı bir pozuntu qeydə alınmadığını və stansiyanın ərazisində, sanitar-mühafizə zonasındakı və müşahidə zonasındakı radiasiya fonunun normal olduğunu açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye AES-in soyutma qülləsini vurub. 

USQ mütəmadi olaraq Zaporojye AES ərazisini hədəfə alır. 11 avqust tarixində Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski, Enerqodar şəhərinə edilən hücumdan sonra soyutma sistemləri obyektində yanğın baş verdiyini bildirmişdir. Stansiyanın infrastrukturu indiyə qədər ən ciddi zərər alıb. Soyutma qülləsinə böyük ziyan dəyib.

Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, MAQATE-ni (Beynəlxalq Atom Enerjisi Agentliyi) Kiyev tərəfindən həyata keçirilən nüvə terrorunu dayandırmağa çağırıb. Öz növbəsində MAQATE, Zaporojye AES-ə edilən hücumun nüvə təhlükəsizliyinə təsir etmədiyini bildirib. Stansiyanın mətbuat xidməti isə, Zaporojye AES-in soyutma qülləsinin yandığını, lakin çökmə təhlükəsinin olmadığını qeyd edib.

12 iyul tarixində Rusiya Prezidenti Vladimir Putin, Balitski ilə görüşündə Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlara Kiyevi dəstəkləyənlər tərəfindən reaksiya verilməməsini böyük bir səhv adlandırıb.

Zaporojye AES Enerqodarda yerləşir və 2022-ci ilin sentyabrında Zaporojye vilayətinin Rusiya ilə birləşməsinə dair keçirilən referendum nəticəsində Rusiyanın nəzarətinə keçib. Həmin ayın əvvəlindən stansiya MAQATE işçilərinin nəzarəti altında fəaliyyət göstərir.

Aqil Qarayev