Rusiya bu şəhərə zərbə endirdi
Dünya
Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə iki zərbə endirib.
News24.az xəbər verir ki, şəhər meri Vitali Maletskinin sözlərinə görə, hücumlar nəticəsində çoxmənzilli yaşayış binasına və otelə zərər dəyib.
Poltava vilayəti hərbi administrasiyasının rəhbəri Vilayəti Dyakivniç isə bildirib ki, hadisə zamanı 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.