Rusiya Ermənistana qarşı ikinci iri sanksiyalar paketini tətbiq edə bilər

Rusiya Ermənistana qarşı ikinci iri sanksiyalar paketini tətbiq edə bilər Dünya

Ermənistan hökumətinə yaxın dairələrdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ölkəyə səfəri fonunda Rusiyanın yeni sanksiyalar tətbiq edəcəyi ehtimalı müzakirə olunur.

News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Avropa nümayəndə heyətinin iyulun 1- və 2-də ölkəyə səfəri parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinə siyasi dəstək siqnalı kimi qiymətləndirilir.

Qeyd olunub ki, əvvəllər də buna bənzər addımlar Moskvanın ixrac məhdudiyyətləri şəklində tətbiq olunub.

İndi isə həmin dairələr Lyayenin səfərindən sonra Rusiyanın Ermənistana ikinci iri sanksiyalar paketini tətbiq edə biləcəyini proqnozlaşdırır.

Vurğulanıb ki, mümkün məhdudiyyətlərin əsas təsiri ilk növbədə Ermənistanın biznes sektoruna və iqtisadiyyatına dəyəcək.