Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verdi

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verdi Dünya

Erməni şahmatçı Harri Kasparov terrorçuluğa haqq qazandırmaq və “xarici agent” fəaliyyəti ilə bağlı qaydaları pozmaq ittihamı ilə beynəlxalq axtarışa verilib.

News24.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kasparovun federal və dövlətlərarası axtarışı xüsusi sərəncam əsasında elan olunub.

Bu ilin fevralında ona “xarici agent” kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üzrə iki epizodla bağlı qiyabi ittiham irəli sürülüb.

2025-ci ilin dekabrında isə o, terrorçuluğa açıq çağırışlarla əlaqədar ittiham əsasında qiyabi həbs edilib.

Moskva Şəhər Məhkəməsi həmin qərarı qanuni hesab edərək apellyasiya şikayətini rədd edib.

Kasparov barəsində qiyabi olaraq iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bildirilib ki, bu müddət onun ekstradisiya və ya deportasiya edilərək Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan və ya ölkə ərazisində faktiki saxlanıldığı vaxtdan hesablanacaq.

Rusiya Ədliyyə Nazirliyi Harri Kasparovu 2023-cü ilin mayında “xarici agentlər” siyahısına daxil edib. 2024-cü ilin martında isə şahmatçı Federal Maliyyə Monitorinqi Xidməti tərəfindən terrorçu və ekstremistlər siyahısına salınıb.