"Rusiya ilə Ukrayna arasında sülh razılaşmasını pozub, indi isə rahat gəzir"
Dünya
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ildə Rusiya ilə Ukrayna arasında sülh razılaşmasını pozub, lakin bu gün o, sakit şəkildə gəzintilər edir və konfranslar keçirir.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
“Bu müharibənin başlamasından iki ay sonra, 2022-ci ilin aprelində İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin rəhbərləri tərəfindən sülh sazişinin paraflanmış versiyası hazırlanmışdı. Ukrayna nümayəndə heyətinə ölkə parlamentində hakim fraksiyanın rəhbəri David Araxamiya rəhbərlik edirdi. O bildirib ki, həmin razılaşmanın şərtləri Ukrayna üçün məqbul idi. Onlar Kiyevə qayıtdılar, daha sonra isə Böyük Britaniyanın baş naziri oraya gəldi və bu razılaşmanı pozdu”, – deyə Papuaşvili qeyd edib.
Gürcüstan parlamentinin sədri həmçinin əlavə edib ki, 2022-ci ildən sonra Ukrayna dörd ildir müharibə aparır, lakin Conson bu gün sakit şəkildə gəzir, konfranslar keçirir və seminarlarlarda iştirak edir. /TASS/