Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar

Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar Dünya

Rusiyanın gecə saatlarında Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum zamanı 70 raket və 611 pilotsuz uçuş aparatından istifadə edib.

News24.az xəbər verir ki, hücumlar nəticəsində Kiyev, Xarkov və Dnepropetrovsk vilayətlərində ümumilikdə 9 nəfər həlak olub.

Kiyevə endirilən kütləvi zərbə nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralananlar arasında 5 və 6 yaşlı iki uşaq da var.

Ukrayna paytaxtının demək olar ki, bütün rayonları hücuma məruz qalıb.

Fövqəladə xidmətlər 50 çağırış üzrə işləyir. Bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Hədəflərdən biri də Kiyev-Peçersk Lavrası olub.

Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, birbaşa zərbə nəticəsində Uspenski kafedralının damında yanğın başlayıb. Yanğının 800 kvadratmetr sahəni əhatə etdiyi açıqlanıb.

Hadisə yerinə onlarla yanğınsöndürən cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər aparılıb.

Digər hədəflərdən biri isə Aleksandr Dovjenko adına Kinostudiya olub. Məlumata görə, studiyanın binalarından biri zədələnib, həmçinin ən böyük və ən qədim kostyum kolleksiyası məhv olub. /Euronews/

Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar Rusiya Kiyevdə tarixi kafedralı vurdu - Ölənlər var - Fotolar