Rusiya ordusu bu əraziləri ələ keçirdi

Rusiya ordusu bu əraziləri ələ keçirdi Dünya

Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında (XƏƏ) daha üç yaşayış məntəqəsini ələ keçirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün teleqram kanalında məlumat verib.

Qeyd olunur ki, bu, Donetskin (DXR) Maryevka və Quleevo, eləcə də Zaporojye bölgəsinin Zelena Dibrova yaşayış məntəqələrinə aiddir.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi daha əvvəl Orexovoda gedən döyüşlərin təfərrüatlarını açıqlamışdı. Qeyd olunub ki, toqquşmalar şəhərin mərkəzi rayonlarında baş verir.