Rusiya ordusu Xarkov və Kiyevi vurdu: - Ölən və yaralananlar var

Rusiya ordusu Xarkov və Kiyevi vurdu: - Ölən və yaralananlar var Dünya

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə hücum edib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Xarkov meri İqor Terekov sosial media hesabında etdiyi paylaşımda şəhərin Osnovianski rayonuna hücumda 4 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ukraynanın paytaxtı Kiyevdə bələdiyyə sədri Vitali Kliçko Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) hissələrinin düşməsi nəticəsində 4 nəfərin yaralandığını, binada və bəzi avtomobillərdə yanğının baş verdiyini bildirib.

Günel Məlikzadə