Rusiya qazı bahalaşdırsa, Ermənistan 102-ci hərbi bazanın icarə haqqını artıracaq
Dünya
Rusiya qazın qiymətini artıracağı təqdirdə Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının icarə haqqının artırılması məsələsinə baxıla bilər.
News24.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Vilen Qabrielyan deyib.
“Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, bəli, maliyyə baxımından belə yenidən hesablanma hərbi baza ilə bağlı da həyata keçirilə bilər. Çünki bildiyimiz kimi, bazanın yerləşdiyi ərazi və onun saxlanılması xərclərinin böyük hissəsi Ermənistanın hesabına qarşılanır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün
Rusiyanın qazın qiymətini artıracağı təqdirdə Ermənistan tərəfinin də hansı xidmətlərin və ya ödənişsiz olan nələrin qiymətləndirilə biləcəyinə baxacağını, bunun nəticəsində müvafiq qiymətlərin tətbiq oluna biləcəyini bildirib.