Rusiya "Samsung-Ukrayna"nı vurdu

Rusiya "Samsung-Ukrayna"nı vurdu Dünya

Rusiya hərbçiləri Kiyevdə FP-5 "Flaminqo" qanadlı raketləri üçün komponentlərin yığıldığı sənaye müəssisəsinə zərbə endirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Söhbət "Samsung-Ukrayna" şirkətinə məxsus müəssisədən gedir.

Bundan əlavə, Rusiya ordusunun uzaq və orta mənzilli pilotsuz uçuş aparatlarının yığıldığı sexi də vurduğu qeyd olunub.