Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa XİN-ə çağırıldı Dünya

Polşa Xarici İşlər Nazirliyi ölkə ərazisinə düşən raketlə bağlı Rusiyanın səfirini nazirliyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk özünün X hesabında yazıb.

Bundan əvvəl Polşa hakimiyyəti raketin Rusiyaya məxsus olduğunu təsdiqləyib. Bildirilib ki, söhbət X-101 tipli qanadlı raketdən gedir.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, raket bu ilin ikinci rübündə Moskva yaxınlığındakı zavodlardan birində istehsal olunub.

Hadisə ilə əlaqədar Polşa Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb. Məlumata görə, raket Polşa–Ukrayna sərhədindən təxminən 80 kilometr aralıda yerləşən əkin sahəsinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.