Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı
Dünya
Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyaya məxsus pilotsuz təyyarələrin Rumıniyanın hava məkanını pozması səbəbilə ona etiraz bildirilib.
News24.az xəbər verir ki, bu barədə yerli "Informat.ro" portalı məlumat yayıb.
Qeyd edək ki, Rusiyaya məxsus pilotsuz təyyarə noyabrın 11-də Rumıniya hava məkanını pozub. Səfirə bununla bağlı dəlillər təqdim edilib.