Rusiya səfirindən Ermənistan açıqlaması: - "münasibətlər pisdir, amma.."

Rusiya səfirindən Ermənistan açıqlaması: - "münasibətlər pisdir, amma.." Dünya

"Ermənistan-Rusiya münasibətlərindəki hazırkı vəziyyət güclü emosional fonla xarakterizə olunur, lakin bu emosiyalara təslim olmamaq vacibdir".

News24.az xəbər verir ki, bunu Rusiyanın səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Kopırkin hesab edir ki, vəziyyət əslində çətindir, emosiyalar yüksək səviyyədədir.

“Müəyyən narahatlıqlar və anlaşılmazlıqlar var. Bu, təbii olaraq pisdir, lakin bu, insan komponentinin münasibətlərdə çox güclü olmasının nəticəsidir. İnsan faktoru üstünlükdür, lakin bəzən bu kimi hallarda belə emosional partlayışlara səbəb ola bilir. Bu çox mübahisəli vəziyyətdə yaşı və qurunu ayırmaq çox vacibdir. Kənardan iki ölkə arasında münasibətlərə əlavə fəsadlar gətirmək cəhdlərini də nəzərdən qaçırmamalıyıq”, - Kopırkin vurğulayıb.

Ayşən