Rusiya Tatarıstana hücumu terror aktı adlandırdı

Rusiya Tatarıstana hücumu terror aktı adlandırdı Dünya

Rusiya İstintaq Komitəsi Tatarıstanın Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi açıb.

News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İstintaqçılar hadisə yerlərində sübutların toplanması, istifadə edilən pilotsuz uçuş aparatlarının tip və modelinin və digər detalların araşdırılmasını aparacaqlar.

Bundan əlavə, Rusiya İstintaq Komitəsinin əməkdaşları hücumun həyata keçirilməsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üzərində işləyirlər.

Məlumata görə, onların əməllərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Nijnekamsk şəhərinə edilən hücum nəticəsində 39 nəfər yaralanıb, 12 nəfər isə həlak olub.

Hadisə ilə bağlı Tatarıstanda matəm elan edilib.