Rusiya Türkiyəyə məxsus gəmini vurdu - Ölənlər var
Dünya
Rusiya pilotsuz uçuş aparatı Qara dənizdə Panama bayrağı altında üzən Türkiyəyə məxsus “VICTRESS” yük gəmisinə zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Gəminin göyərtəsində Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət doqquz ekipaj üzvü olub.
“Vəziyyətin mürəkkəbliyi və yanğının daha da yayılması təhlükəsini nəzərə alaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinin kater ekipajları yük gəmisinin heyətinin təxliyəsi üzrə xilasetmə əməliyyatını uğurla həyata keçiriblər. Təəssüf ki, ekipaj üzvləri arasında itkilər var”, — deyə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib.
Hadisənin təfərrüatları və həlak olanların sayı barədə əlavə məlumat verilməyib.