Rusiya-Ukrayna cəbhəsindən mühüm xəbər: Yeni ilə qədər…

Rusiya-Ukrayna cəbhəsindən mühüm xəbər: Yeni ilə qədər… Dünya

Milad və Yeni il bayramlarına qədər 1200 ukraynalı hərbçini geri qaytarılması üçün danışıqlara başlanılıb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.

Məlumata görə, məsələ ilə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində məsləhətləşmələr aparılır.

Umerovun sözlərinə görə, tərəflər (kimlərin nəzərdə tutulduğu açıqlanmayıb) saxlanılan şəxslərin mübadiləsi və geri qaytarılması ilə bağlı “İstanbul razılaşmalarını aktivləşdirmək” barədə razılığa gəliblər.