Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu - açıqladı

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu - açıqladı Dünya

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazır olduqlarını açıqlayıb. 

Lakin o, bu danışıqların yalnız Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerindəki real vəziyyəti nəzərə almağa yönəldilməsi lazım olduğunu vurğulayıb. 

News24.az xəbər verir ki, Lavrov bu fikirləri "RİA Novosti" agentliyinə verdiyi müsahibəsində bildirib.

"Biz danışıqlara hazırıq, lakin onlar Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəldilməlidir", - deyə nazir bildirib.

Aynurə