Rusiya-Ukrayna müharibəsi bu ölkəyə milyonlar qazandırdı

Rusiya-Ukrayna müharibəsi bu ölkəyə milyonlar qazandırdı Dünya

Almaniyaya məxsus müdafiə sənayesi şirkəti “Rheinmetall” 2030-cu ilə qədər dövriyyəsini beş dəfə artırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, Almaniyanın ən böyük müdafiə konserni 2024-cü ildə 9,8 milyard avro olan illik dövriyyəsini 2030-cu ildə 50 milyard avroya çatdırmağı hədəfləyir.
“Biz daha böyük olmaq və daha yaxşı nəticələr əldə etmək istəyirik”, – konsenin rəhbəri Armin Papperger maliyyə analitikləri qarşısında çıxışı zamanı deyib.

“Rheinmetall” rəhbərliyinə görə, sifarişlərin artması birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə başlayandan sonra NATO ölkələrində artilleriya, zirehli texnika, HHM sistemləri və sursatlara tələbat kəskin şəkildə yüksəlib. 2021-ci ildə konsernin dövriyyəsi 5,7 milyard avro idi, o vaxtdan bəri göstərici demək olar ki, iki dəfə artıb.

Papperger vurğulayıb ki, hətta Ukraynadakı müharibə sülhlə nəticələnsə belə, bu tendensiya dayanmayacaq: Qərb orduları önümüzdəki illərdə silahlanma prosesini davam etdirəcək.

Şirkət istehsalın kəskin artırılmasına hazırlaşır: 120 mm-lik tank mərmilərinin buraxılışı 60 mindən 240 minə, 155 mm-lik artilleriya mərmilərinin istehsalı isə 70 mindən 1,5 milyon ədədə qədər yüksəldiləcək.

Bununla yanaşı, “Rheinmetall” mülki sektor üzrə fəaliyyətini tamamilə dayandırmağa hazırlaşır. Şirkətin zəif nəticə göstərən avtomobil bölməsi satışa çıxarılıb.