Rusiya Ukraynada avtobusu vurdu - Ölən və yaralananlar var

Rusiya Ukraynada avtobusu vurdu - Ölən və yaralananlar var Dünya

Rusiya Ukraynanın Xerson şəhərində marşrut avtobusuna dronla hücum edib.

News24.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

“Rusiya qüvvələri bu gün saat 08:50 radələrində insanların olduğu avtobusa dronla hücum edib. Bu terror hücumu nəticəsində 4 nəfər həlak olub. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir”, – deyə o bildirib.

Məmur həmçinin qeyd edib ki, hadisə zamanı 4 qadın yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Daha sonra Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şanko yaralıların sayının 5 nəfərə çatdığını açıqlayıb.