Rusiya Ukraynada bazarı vurdu - Yaralılar var
Dünya
Rusiya Ukraynanın Sumı vilayətində yerləşən bazara pilotsuz uçuş aparatı ilə zərbə endirib.
News24.az xəbər verir ki, Bbu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında məlumat verib.
"Bu, Rusiyanın Sumı vilayətində dinc sakinlərə qarşı növbəti amansız hücumudur. Səhər saatlarında düşmən Bilopillya icmasının bazarında olan insanları pilotsuz uçuş aparatı ilə hədəfə alıb. Hazırda 10 nəfərin yaralandığı məlumdur. Onlardan ikisinin vəziyyəti ağırdır", – deyə Qriqorov bildirib.
O əlavə edib ki, həkimlər zərərçəkənlərə lazımi tibbi yardım göstərirlər.
Yaralıların xəstəxanaya yerləşdirilməsi prosesi davam edir.