Rusiya və ABŞ kosmik uçuş proqramını 2030-cu ilə qədər uzatdı

Rusiya və ABŞ kosmik uçuş proqramını 2030-cu ilə qədər uzatdı Dünya

Rusiya və ABŞ Beynəlxalq Kosmik Stansiyaya qarşılıqlı uçuş proqramını 2030-cu ilə qədər uzadıb.

News24.az xəbər verir ki, “Roskosmos”un rəhbəri Dmitri Bakanov bildirib ki, razılaşma ABŞ tərəfinin xahişi ilə uzadılıb.

Proqrama əsasən, rusiyalı kosmonavtlar ABŞ-ın “Crew Dragon”, amerikalı astronavtlar isə Rusiyanın “Soyuz MS” kosmik gəmisi ilə stansiyaya gedirlər.

Bundan əlavə, Rusiya Beynəlxalq Kosmik Stansiyanın fəaliyyət müddətini 2032-ci ilə qədər uzatmaq üçün tərəfdaşlarla danışıqlar aparır.