Rusiya və Ukrayna əsirləri dəyişdilər

Rusiya və Ukrayna əsirləri dəyişdilər Dünya

Rusiya və Ukrayna 103 hərbi əsirin 103 hərbi əsirlə dəyişdirilməsi barədə razılığa gəlib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, 19 avqustda Kiyevin nəzarətində olan ərazidən 103 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsiri təhvil verilib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilərə lazımi psixoloji və tibbi yardım göstərildikdən sonra onlar sonrakı reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

“Rusiyalı hərbçilərin əsirlikdən qaytarılması zamanı humanitar xarakterli vasitəçilik səylərini Birləşmiş Ərəb Əmirlikləri göstərib”, – deyə nazirlikdən bildirilib.