Rusiya və Ukrayna ilin sonuna qədər sülh sazişi imzalamayacaq

Rusiya və Ukrayna ilin sonuna qədər sülh sazişi imzalamayacaq Dünya

Rusiya və Ukrayna ilin sonuna qədər razılığa gəlməyəcək və sülh sazişi imzalamayacaq.

News24.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib.

“Rusiyanın planları belədir və onların dedikləri də budur. Bu ilin sonuna qədər heç bir razılaşma əldə edilməyəcək və sülh sazişi imzalanmayacaq”, – deyə Skibitski deyib.

Onun sözlərinə görə, Rusiya qarşısına qoyduğu məqsədlərə çatmağa çalışacaq və ilk növbədə Donbas ərazisinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan hissəsini azad etməyə çalışacaq.

Qeyd edək ki, iyunun 23-də Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqları aparmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, dialoq İstanbul razılaşmaları əsasında qurulmalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiyanın Ukrayna üzrə danışıqları istənilən vaxt bərpa etməyə hazır olduğunu açıqlayıb.