Rusiya vətəndaşlığı almaq istəyənlərə pis xəbər - Bu sənəd tələb olunacaq

Rusiya vətəndaşlığı almaq istəyənlərə pis xəbər - Bu sənəd tələb olunacaq Dünya

Rusiya vətəndaşlığı almaq üçün müraciətdə dəyişiklik edilib.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Dəyişikliyə əsasən, vətəndaşlıq üçün müraciət etmək istəyən şəxslər məhkumluğunun olmaması və ya məhkum olunduqları cinayətlər barədə məlumatı əks etdirən sənəd təqdim etməli olacaqlar.

Fərmanda deyilir:

“Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olan ərizəçinin məhkumluğunun olmadığını təsdiq edən və ya məhkumluğu olduğu halda, hansı cinayətlərə görə məhkum edildiyi barədə məlumatı özündə əks etdirən sənəd təqdim edilməlidir”.

Qeyd olunub ki, bu sənəd ərizəçinin vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədi vermiş ölkənin səlahiyyətli orqanı tərəfindən xarici qanunvericiliyə uyğun olaraq verilməlidir.

Həmçinin sənəd Rusiya vətəndaşlığına qəbul üçün ərizə təqdim edilən tarixdən ən tezi üç ay əvvəl verilmiş olmalıdır. /Gazeta.ru/