Rusiya Xarkovu vurdu, ölən və yaralananlar var
Dünya
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bildirib.
"Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.
Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.