Rusiya Xerson vilayətinə zərbə endirdi, ölən və yaralananlar var

Rusiya Xerson vilayətinə zərbə endirdi, ölən və yaralananlar var Dünya

Rusiya Ukraynanın Xerson vilayətinə hücum edib, nəticədə 3 nəfər ölüb, daha 44 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

"Xerson vilayətində Rusiyanın atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 44 nəfər yaralanıb, zərərçəkənlər arasında uşaqlar və tibb işçiləri var", - məlumatda bildirilir.

Məlumata görə, ötən sutka ərzində Rusiya qoşunları regionun işğaldan azad edilmiş ərazisini atəşə tutub və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə kütləvi hücuma məruz qoyub.