Rusiya XİN-dən bəyanat: "Bu hücuma cavab veriləcək"

Rusiya XİN-dən bəyanat: "Bu hücuma cavab veriləcək" Dünya

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Donetskdə uşaq meydançasına endirdiyi zərbəyə münasibət bildirib. 

News24.az xəbər verir ki, qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın bu hücuma adekvat cavab vermək hüququnu özündə saxladığını bildirib.

“Rusiya Kiyev rejiminin hücumuna adekvat cavab vermək hüququnu özündə saxlayır”, – bəyanatda qeyd olunub. 

Bununla yanaşı, Rusiya XİN münaqişənin dialoq və sülh yolu ilə həllinə sadiq olduğunu vurğulayıb. Zaxarovanın sözlərinə görə, hücum edilən ərazidə – “Qulliver” parkının yaxınlığında hərbi obyekt olmayıb və zərbə xüsusi olaraq mülki infrastruktura yönəlib.