Rusiya XİN-dən İrəvanla bağlı AÇIQLAMA
Dünya
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı Moskva ilə münasibətlərdə şantaj siyasəti yürütməkdə ittiham edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinq zamanı danışıb.
Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində konstruktiv dialoq əvəzinə rəsmi Yerevan vəziyyəti daha da gərginləşdirməyə çalışır.
"Rusiya-Ermənistan münasibətləri kontekstində konstruktiv dialoq əvəzinə, İrəvanın vəziyyəti daha da ağırlaşdırmağa və ya sadəcə, şantaj etməyə çalışdığını görürük", – deyə Fadeyev bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın baş nazir müavini Aleksey Overçuk da iki ölkə arasındakı iqtisadi əlaqələrdə ciddi geriləmə olduğunu açıqlamışdı. O bildirmişdi ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə iki azalıb.