Rusiya Kiyevi vurdu

Rusiya Kiyevi vurdu Dünya

Rusiya Silahlı Qüvvələri iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti hava hücumu həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata əsasən, raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində azı 10 nəfər xəsarət alıb. Yaralılar arasında 11 yaşlı uşağın da olduğu bildirilib. Hücum zamanı Solomyanski rayonunda yerləşən üçmərtəbəli ofis-anbar binasında güclü yanğın baş verib. Dneprovski rayonunda da anbar sahəsi alovlanıb.

Darnitski rayonunda isə raket yolun hərəkət hissəsinə düşərək ciddi dağıntılara səbəb olub. Zərbə nəticəsində işıqfor sistemini qidalandıran elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri zədələnib.

Yanğınların söndürüldüyü, dağıntıların aradan qaldırılması və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.