Rusiya yenidən müharibəni seçdi – Zelenski
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarına münasibət bildirərək Moskvanın müharibəni dayandırmaq niyyətində olmadığını bəyan edib.
News24.az xəbər verir ki, Zelenski bununla bağlı rəsmi “Telegram” kanalında paylaşım edib.
Ukrayna lideri Rusiyanın son bəyanatlarını "zəif və qeyri-konstruktiv" adlandıraraq, Kreml rəhbərliyinin sülhə deyil, müharibənin davamına üstünlük verdiyini söyləyib.
“Bu gün Rusiya tərəfinin verdiyi cavabları hamı eşitdi. Bu, çox zəif reaksiyadır və bir daha göstərir ki, onlar müharibənin başa çatmasını istəmirlər”, – Zelenski qeyd edib.
Onun sözlərinə görə, Moskva müharibənin yalnız öz maraqlarına xidmət etdiyini və bəzi dairələrin bundan fayda əldə etdiyini açıq şəkildə etiraf etməkdən yayınır. Zelenski bildirib ki, Rusiyanın müharibəni davam etdirmək imkanları məhdudlaşdırılmalı, beynəlxalq təzyiq isə daha da gücləndirilməlidir.