Rusiyada 40 ilin yağıntı rekordu qırıldı
Dünya
Rusiyanın Ural bölgəsində son 40 ilin yağıntı rekordu qeydə alınıb.
News24.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, güclü yağışlar nəticəsində 28 bələdiyyə ərazisində daşqınlar baş verib, yüzlərlə sakin təhlükəsiz ərazilərə təxliyə olunub.
Bölgədə müvəqqəti yerləşdirmə mərkəzləri yaradılıb, daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.